Milli Məclisin deputatı Ülviyyə Həməzyeva Babək rayon Qahab kəndində seçicilərlə görüşüb.
XALQ.AZ məlumat verir ki, öncə, Ulu Öndər Heydər Əliyevin Naxçıvan və ümumiyyətlə xalqımız, Azərbaycanımız üçün gördüyü işləri xatırladıq, rəhmətlə anıb, səmimi söhbət etdik.
Görüş əsnasında kənd sakinlərinin müraciətlərini dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Müraciət edənlər əsasən işsizlik, sosial yönümlü və ilk baxışdan yerli orqanlar tərəfindən həll olunan idi.
Müraciətlər hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə, müsbət həlli üçün aidiyyəti qurumlara işlənərək, göndəriləcək.
Həmçicin millət vəkili Əməkdar rəssam Məhəmmədəli Ələkbərovu məzarını ziyarət edib ruhuna dualar oxunub.