Almaniya Federal Mülki Müdafiə və Fövqəladə Vəziyyətlərdə Yardım İdarəsi (BBK) ölkə əhalisinə ən azı üçgünlük ehtiyaclarını ödəyə biləcək səviyyədə ehtiyat tədbirləri görmələri barədə xəbərdarlıq edib.
Bizim.Media “Deutsche Welle”yə istinadla xəbər verir ki, əhaliyə üç gün kifayət edəcək qədər su, ərzaq, konserv, nağd pul, radio və batareya ehtiyatı görmələri tövsiyə olunub.
BBK-nın sədr müavini Rene Funk yerli onlayn portallardan birinə açıqlamasında Almaniyanın təkcə hərbi sahədə deyil, mülki müdafiə və fövqəladə vəziyyətlərlə bağlı da ehtiyat tədbirlərini gücləndirməli olduğunu vurğulayıb.
Almaniyaya xaricdən texniki hücumların artdığını bildirən Rene Funk elektrik verilişinin kəsilməsi nəticəsində digər çətinliklərlə yanaşı, su təchizatında, bankomatlardan nağd pul çəkilməsində də problemlərin olacağını deyib. O, hazırlıqlar çərçivəsində batareyalarla işləyən işıq cihazları, adambaşına gündəlik 1,5 litr su, şam, kibrit, gigiyenik vasitələr, qida konservləri, çərəz və digər ərzaq vasitələrinin toplanmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Almaniya rəsmiləri tərəfindən daha əvvəl verilən açıqlamada mövcud sığınacaqların nəzərdən keçirilməsi və evlərin zirzəmilərində sığınacaqların yaradılması tövsiyə olunub.
Xatırladaq ki, daha əvvəl Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl Rusiyanın Ukraynadan sonra Baltik ölkələrinə-Latviya, Litva və Estoniyaya hücum edəcəyini bildirmişdi.
Görəsən, Almaniyanın ardıcıl olaraq rəsmi şəkildə etdiyi bu tip müharibə xəbərdarlıqlarının səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, Almaniyada yaşanan bu cür təlatümlər alman iqtisadiyyatının mövcud durumu və cəmiyyətdəki sosial gərginlik, ölkənin anti-Rusiya sanksiyalarına qoşulması nəticəsində iqtisadiyyatına dəyən ziyan və Ukraynaya dəstək üçün sərf etdiyi maliyyə sərfiyyatı ilə bağlıdır:
“Ukrayna Rusiyaya qarşı müharibəyə qatılandan bəri Kiyevə 4,2 milyard avro vəsait göndərib. Ümumiyyətlə isə, Ukraynaya dəstək almaniyalı vergi ödəyicilərinə 24 milyard avroya başa gəlib. Rusiyaya qarşı sanksiyalar Almaniyada bir sira sənaye müəssisələrinin bağlanmasına, istehsal gücünün azalmasına səbəb olub.
Ucuz rus qazından məhrum olmuş “Volkswagen” şirkətinin xərcləri 4 milyard avro artıb, nəticə etibarı ilə 6 mindən çox işçi ixtisara düşüb.
Almaniyanın metallurgiya sənayesi ucuz rus qazından məhrum olduğundan əvvəlki istehsal gücü ilə işləyə bilmir. ABŞ-ın sıxılmış qazının istehlakı isə, alman şirkətləri və vergi ödəyicilərinə baha başa gəlir. Kommunal xidmətlərə görə tarif qiymətlərinin artması da Almaniyanın anti-Rusiya sanksiyalarına qoşulması ilə bağlıdır”.
Rüfət Sultan, Bizim.Media
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less