Almaniya hakimiyyəti Avropa İttifaqının yaratdığı sanksiya rejimi çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub.
Azpost.info xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Məlumata görə, belə iqtisadi resurslara siyahıda olan fiziki şəxslərin və təşkilatların vəsaitləri, həmçinin Rusiya Mərkəzi Bankının əməliyyatlara qadağa qoyulan ölkələrdə yerləşən xarici aktivləri daxildir.
“Hazırda Almaniyada təxminən 3,5 milyard avro dəyərində aktivlər dondurulub “, – Nazirlik rəsmisi qeyd edib.
Azpost.info