AZ

Faydalı qidalara tələbat azalıb, süni vitaminlərın satışı ARTIB – STATİSTİKA

Son zamanlar insanlar immunitetlərini gücləndirmək üçün C vitamini həblərinə daha çox üstünlük verirlər.

Bizim.Media xəbər verir ki, beynəlxalq statistikaya görə, 2023-cü ildə C vitiamini həblərinə maraq hədsiz dərəcədə çoxalıb.
 

2022-ci illə müqayisədə tələbat 2,6 dəfə artıb. Həb və ya kapsula şəklində olan C vitamininə artan maraqsa narahatlıq doğurur.


Bununla paralel təbii vitaminlərə olan maraq da artıb. Onlara maraq əvvəlki illə müqayisədə 2,4 dəfə çox olub.

Propolis də ötən il xeyli populyarlaşıb. 2022-ci illə müqayisədə 2023-cü ildə istehlak 79% artıb. Qurudulmuş zoğallara da tələbat əhəmiyyətli dərəcədə çoxalıb - 64%.

Təbii bal 2023-cü ildə immuniteti gücləndirən ən məşhur beş məhsuldan biridir. Ona maraqsa əvvəlki illə müqayisədə 51% artıb.

Bəs, immunitet üçün hansı xalq təbabəti metodu dəbdən düşüb?

Son zamanlar zəncəfil kökü, limon, qurudulmuş moruq və moruq mürəbbəsinə tələbat azalıb.
 

Qeyd edək ki, pandemiyanın qızğın vaxtında insanlar əsasən zəncəfil və limon alırdılar.


İmmunitetinizi gücləndirməkdə itburnu və müxtəlif bitki mənşəli infuziyalar da tədricən unudulur. İtburnu satışları 42% azalıb.

Amma unutmamalıyıq ki, C vitamini həbləri nə qədər tez nəticə versə də, yan təsirləri az deyil. Ona görə də təbii C vitaminlərindən istifadə daha faydalıdır. C vitaminləri isə sitrus meyvələrində, moruqda, itburnunda, zəncəfildə və ən nəhayət balda daha çoxdur.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr