Cənubi Koreyada hərbi vəziyyət qərarından sonra impiçment təklifi parlamentdə qəbul edilən Prezident Yoon Suk Yeol, "bütün tənqidləri nəzərə alaraq, sona qədər əlindən gələni edəcəyini" söyləyib.
"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Prezident Yoon Suk Yeolun Cənubi Koreyada uğursuz hərbi vəziyyət elanına görə vəzifəsindən azad edilməsi üçün parlamentə təqdim edilən vəsatət qəbul edildikdən sonra açıqlama verib.
Yoon “Aldığım bütün tənqidləri və dəstəyi nəzərə alaraq sona qədər xalqım üçün əlimdən gələni edəcəyəm” deyərək, siyasi ictimaiyyəti “ağılsız siyasətdən çəkinməyə” çağırıb.
Yoon "Hazırda fasilə versə də, son iki il yarım ərzində ictimaiyyətlə gələcəyə doğru səyahətin dayanmayacağını" söyləyib.
Qeyd edək ki, Cənubi Koreyadakı müxalifət partiyalarının dekabrın 3-nə keçən gecə uğursuz hərbi vəziyyət elan etdiyi üçün Yoonun vəzifəsindən azad edilməsinə dair parlamentə təqdim etdikləri yeni təklif bu gün səsə qoyularaq qəbul edilib.