AZ

Gəncədə vəzifəli şəxs məhkəmə müraciətETDİ

Dövlət Miqrasiya Xidmətinin (DMX) Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov məhkəməyə müraciət edib.

Redaktor.az xəbər verir ki, buna səbəb DMX-nin idarə rəisi ilə bağlı verdiyi qərar olub.

Belə ki, Xıdırov Orxan İsmayıl oğlu haqqında İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına) maddəsi ilə inzibati protokol tərtib edilib.

İdarə rəisi qərardan şikayət edərək Gəncə şəhər Məhkəməsinə müraciət edib. İşə hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən maddə ilə bağlı vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Seçilən
14
4
redaktor.az

10Mənbələr