Bakı, 14 dekabr, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda 2009-2018-ci il təvəllüdlü gənc gimnastlar ayrı-ayrı alətlərdə qüvvələrini sınayıblar. Turnirdə xarici ölkələrdən bədii gimnastlar da bacarıqlarını nümayiş etdiriblər.
İlk yarış günündə 2016, 2017, 2018-ci il təvəllüdlü idmançılar arasında qaliblər müəyyənləşib. Yer tutanlara medal, diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "Qış nağılı"na dekabrın 15-də yekun vurulacaq. Turnir həmçinin gələn ildən qüvvəyə minəcək yeni yarış qaydalarını mənimsəmək məqsədi daşıyır.