AZ

Gürcüstanda prezident seçkisi ilə bağlı səsvermə başa çatıb

Gürcüstan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

AZƏRTAC xəbər verir ki, artıq Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) səslərin hesablanmasına başlayıb.

Prosedur parlamentin plenar iclaslarının zalında baş tutub və ona Mərkəzi Seçki Komissiyası rəhbərlik edib.

Səsvermə açıq şəkildə aparılıb. Əvvəlcə Gürcüstan parlamentinin üzvləri, sonra isə əlifba sırası ilə digər dövlət orqanlarının nümayəndələri səs veriblər. Müxalifət prosesdə iştirak etməyib.

Üç yüz nəfərlik seçki kollegiyasının tam tərkibinin üçdə ikisinin - azı 200 üzvünün səsi prezidenti seçmək üçün kifayətdir.

Dolayı yolla seçilmiş prezident 5 il müddətinə vəzifəsini icra edəcək.

phrase_var_article.chosen
20
2
yeniazerbaycan.com

3phrase_var_article.sources