AZ

“Şahdağ”a mediatur təşkil edilib

Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə qış mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.

"İki sahil" xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizminin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən atılan addımlar, turizm destinasiyaları və məhsullar, həmçinin turistlərə göstərilən xidmətlər və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda “Şahdağ” Turizm Mərkəzində aparılan yenidənqurma və infrastruktur işləri, ziyarətçilərə təqdim olunan yeni xidmətlər, Mərkəzin hədəfləri və gələcək planları ilə tanış etməkdir.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov ölkənin turizm sənayesinin inkişafı strategiyasında yer alan əsas məqamlardan birinin mövcud turizm bazarları ilə əlaqələri dərinləşdirmək, eyni zamanda digər bazarlara çıxış imkanlarını asanlaşdırmaq, o cümlədən Azərbaycanı qış mövsümündə də cəlbediciliyini artırmaq olduğunu vurğulayıb.
Qeyd olunub ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 412 min nəfər vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 28,2 %-i Rusiya, 16,1 %-i Türkiyə, 8,9 %-i Hindistan, 8 %-i İran, 4,1 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3 %-i Pakistan, 1,8 %-i Çin, 1,7 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Türkmənistan və Küveyt, 1,1 %-i İsrail, hər birindən 1 % olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 %-i digər ölkələrin vətəndaşları olub.

phrase_var_article.chosen
27
ikisahil.az

1phrase_var_article.sources