AZ

“Nə dərəcədə ədalətli qərar verəcəklərini bilmirəm, amma bütün görüntülər əlimizdə var” – Rəşad Sadiqov

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovu 5 oyunluq cəzalandırıb.

Onun U-17 liqasında - "Sabah"la matçın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etdiyi üçün qırmızı vərəqə aldığı qeyd olunub. Bəs səbəbkar sərt cəzanı necə qarşıladı?
“Football-plus.az” Rəşad Sadiqovla əlaqə saxlayıb:

“Bu, kifayət qədər ciddi məsələdi. Aşağı yaş qruplarının oyunlarında hakimlərin bəziləri həddən artıq aqressivdi. Danışmaq olmur, danışanda da aqressiv cavab verirlər. Bəziləri də birtərəfli qərarlar verirlər. Qırmızı vərəqələri, penalti epizodlarını vermirlər. Bu da bir müddət sonra məşqçilərin hiddətinə gətirib çıxarır. O oyunda da hədsiz belə epizodlar vardı. Biabırçı epizodlar da olub. Bizimkilər yəqin görüntüləri paylaşacaqlar. Yəni hakimlər o cür epizodlarda penaltini, vərəqəni vermirlər. Fikrimcə, aşağı yaş qrupları üzrə liqalarda da hakimlərə nəzarət etmək lazımdı. Klub tərəfindən oyuna aid videolar paylaşılacaq. Nəyinsə dəyişib-dəyişməyəcəyini bilmirəm. Nə dərəcədə ədalətli qərar verəcəklərini bilmirəm, amma bütün görüntülər əlimizdə var. Hamısı da paylaşılacaq”.

RÖYANƏ OĞUZ
Seçilən
29
football-plus.az

1Mənbələr