Braziliyanın keçmiş müdafiə naziri Valter Braqa Netto federal polis tərəfindən həbs edilib.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
O, bir neçə nazirlə birlikdə 2022-ci ildə çevriliş planlaşdırmaqda ittiham olunur.
Qeyd edək ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro da 2022-ci ildə dövlət çevrilişinə cəhddə ittiham edilib.