2018-ci ildə HSBC bankının İrəvandakı filialına silahlı hücum etdən Yol Polisinin xüsusi şöbəsinin rəisi, polkovnik Daniel Danielyanın cəzası məlum olub.Metbuat.az-ın Ermənistan mətbuatına istinadən məluatına görə, polkovnik ömürlük həbsə məhkum edilib.Belə ki, qarət məqsədilə edilən hücum zamanı filialın bir əməkdaşı öldürülüb, daha biri isə yaralanıb.
D.Danielyan yoldan keçənlər tərəfindən dərhal zərərsizləşdirilib.Məhkəmə prosesi 6 il davam edib.