AZ

Emin Əmrullayev Bakıda məktəb direktorları ilə görüşüb, tapşırıqlar verib

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

TƏHSİL.BİZ  xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, BŞTİ-nin müdiri Nərminə Hüseynova, Yasamal və Nərimanov rayonları üzrə məktəb direktorları iştirak ediblər.

Nazir təhsil sahəsində aparılan islahatlardan, bu il qazanılan uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

Təhsildə islahatların davamlı xarakter daşıdığını qeyd edən nazir, bu islahatların ən önəmli istiqamətlərindən birinin məhz idarəetmə ilə bağlı olduğunu deyib.

E.Əmrullayev bu baxımdan məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı nazir müəllim nüfuzu, məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, təhsilverənlərin sertifikatlaşdırılması, təhsil müəssisələrində psixoloji xidmət səviyyəsinin artırılması, ümumi təhsildə inklüzivliyin genişləndirilməsi, elektron xidmətlərdən səmərəli istifadə və məktəbdə öyrənmə mühitinə təsir edən digər amillər barədə fikirlərini bildirib.

O, tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris mühitinin yaxşılaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edib.

Emin Əmrullayev ümumi təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsinin vacibliyindən bəhs edib, məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin olunması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində ümumi təhsil müəssisələrində aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Görüşdə müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud problemlər və onların həllinə dair fikirlər söylənilib.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/c5440656-17eb-4e5b-bccf-9c1bd5e20f94_1000339399.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/551d2fde-791d-4b4d-a71c-10c34892aed3_1000339402.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/e6564f6f-c2fc-4969-a7de-b4d02bd9a3c4_1000339415.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/06d0dd09-723f-4b0e-8752-b452a0def93c_1000339418.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/97e15342-59ac-4e08-aed9-10b4b84e3d2a_1000339429.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/41e9cd2a-6b73-451c-8959-78db8d17dc12_1000339425.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/6b85b942-f79e-48bc-9f42-be58fa8218ba_1000339421.jpg

 

 

 

 

phrase_var_article.chosen
32
28
tehsil.biz

10phrase_var_article.sources