Bir müddət əvvəl həbs edilən “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi xalq yazıçısı, AYB sədri Anarın nəvəsinin həyat yoldaşıdır.
Axar.az-a daxil olan məlumata görə, Qafar Dəmirçi tazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə həyata qurub.
2022-ci ilə evlənən cütlüyün bir qızı var.
Qeyd edək ki, “Plazalar kralı” kimi tanınan AQQ şirkətinin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.