AZ

Bu ilin 11 ayı ərzində Azərbaycana 2 milyon 400 mindən çox turist gəlib

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı münasibətilə “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib. SİA xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbir çərçivəsində “Şahdağ” Turizm Mərkəzinin 2024-cü il üzrə fəaliyyətinə dair videotəqdimat nümayiş olunub, media nümayəndələrinə kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov bildirib ki, cari ilin 11 ayı ərzində ölkəmizə 2 milyon 400 mindən çox turist gəlib. Bu da ötən illə müqayisədə 28 faiz artım deməkdir. Azərbaycana gələn turistlər arasında ilk 3 yeri Çin, Hindistan və Rusiya ölkələrindən gələn qonaqlar təşkil edir. Onun sözlərinə görə, əsas hədəflərdən biri ölkəmizi dünyada turizm məkanı kimi tanıtmaq və gecələmə yerlərinin saylarının artımına yönəlib.

Seçilən
35
10
sia.az

10Mənbələr