AZ

Azərbaycanda qış turizm mövsümünə start verilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



14-15 dekabrda Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib.
Oxu.Az xəbər verir ki, mediaturun əsas məqsədi Azərbaycanın qış turizm imkanlarını tanıtmaq, mövcud və yeni məhsulları nümayiş etdirmək, daxili turizmə olan marağı artırmaq, insanları qış turizminə təşviq etmək, turizm sənayesinin inkişafı sahəsində ən son yenilikləri nümayiş etdirmək, o cümlədən "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbirə həsr olunan mətbuat konfransında çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayı 2 milyon 412 min nəfər təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artım deməkdir:
"2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayın 3 milyona, müvafiq artım templərinə əsasən 2028-ci ilə qədər isə illik olaraq 4 milyona çatması üzrə proqnozlar var. Qeyd olunan dövr ərzində, həmçinin Azərbaycana 24 519 kommersiyayönümlü uçuş həyata keçirilib və əvvəlki dövrlə müqayisədə 18 faiz artım olub. Eləcə də yanvar-oktyabr ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda nominal ifadədə 2.49 milyard AZN əlavə dəyərin yarandığını və bunun da ötən ilki dövrlə müqayisədə 11.3 faiz artıma səbəb olub", - deyə K. Quluzadə əlavə edib.
Mərahim Nəsib
Seçilən
40
10
oxu.az

10Mənbələr