AZ

Mixail Kavelaşvili Gürcüstan Prezidenti seçilib YENİLƏNİB

Tbilisi, 14 dekabr, AZƏRTAC

Gürcüstanda prezident seçkiləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, 300 nəfərlik komissiya Mixail Kavelaşvilini Gürcüstanın Prezidenti seçib.

Parlamentdə Mərkəzi Seçki Komissiyasının açıq iclasında səsvermələrə yekun vurulub. Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən seçkilərin nəticələri barədə məlumat verilib.

Bildirib ki, 224 seçici M.Kavelaşvilinin lehinə səs verib.

Mərkəzi Seçki Komissiyası sədrinin sözlərinə görə, səsvermədə 225 üzv iştirak edib, bülletenlərdən 1-i etibarsız hesab edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

15:08

Gürcüstan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

AZƏRTAC xəbər verir ki, artıq Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) səslərin hesablanmasına başlayıb.

Prosedur parlamentin plenar iclaslarının zalında baş tutub və ona Mərkəzi Seçki Komissiyası rəhbərlik edib.

Səsvermə açıq şəkildə aparılıb. Əvvəlcə Gürcüstan parlamentinin üzvləri, sonra isə əlifba sırası ilə digər dövlət orqanlarının nümayəndələri səs veriblər. Müxalifət prosesdə iştirak etməyib.

Üç yüz nəfərlik seçki kollegiyasının tam tərkibinin üçdə ikisinin - azı 200 üzvünün səsi prezidenti seçmək üçün kifayətdir.

Dolayı yolla seçilmiş prezident 5 il müddətinə vəzifəsini icra edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
18
1
azertag.az

2Mənbələr