Bakı. Trend:
Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalıSelçuk Bayraktaroğlunun dəvəti ilə qardaş ölkədə səfərdə olanƏlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor KənanSeyidov bir sıra hərbi obyektlərdə olub.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində general-mayor K.Seyidov QuruQoşunlarının Aviasiya komandanlığı və hərbi hissələrdən birindəolub. Nümayəndə heyətinə istifadədə olan pilotsuz uçuşaparatlarının (PUA) taktiki-texniki xüsusiyyətləri, onların ənənəvidöyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili və PUA-lar üçün nəzərdətutulan aviabombalar barədə brifinq təqdim olunub. Real vaxtrejimində döyüş tapşırığı yerinə yetirən PUA-ların uçuşlarıidarəetmə məntəqəsindən izlənilib.
Sonra nümayəndə heyəti Türkiyə Respublikasının Xüsusi TəyinatlıQüvvələr (XTQ) Komandanlığına gəlib. XTQ-nin keçdiyi inkişaf yolu,yerinə yetirdikləri tapşırıqlar və kursantların hazırlığı prosesibarədə brifinq təqdim edilib. Xüsusi təyinatlıların peşəkarhazırlığı və döyüş vərdişlərinin artırılması üçün nəzərdə tutulmuşaçıq və qapalı simulyatorlara baxış keçilib. Müasir texnologiya vəyeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatlarıüzrə şərti tapşırıqların praktiki icrası izlənilib.
ƏÜO komandanı İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi vəTəlim Mərkəzi Komandanlığında olub. Burada nümayəndə heyətinəkomandanlığın fəaliyyəti, təhsil sistemi və tədris prosesi barədəbrifinq təqdim olunub. Komandoların silahlanmasında olan müxtəlifsilahlar və rabitə vasitələri, həmçinin kursantların komandohazırlığı prosesi əyani nümayiş etdirilib, müxtəlif trenajorlara vətədris siniflərinə baxış keçirilib. General-mayor K.Seyidov oradatəhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb vəonların hazırlıq səviyyəsi ilə maraqlanıb.