AZ

İnsult keçirdi, telefona çatmaq üçün iki saat süründü


Kazan sakini insult keçirdikdən sonra həyat yoldaşına zəng etmək üçün iki saat telefona doğru sürünüb.

Bakupost.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

54 yaşlı Kazan sakini səhər yuxudan oyanarkən yataqdan qalxa bilmədiyini anlayıb və bədənin sol tərəfi ona tabe olmayıb. Kişi yataqdan yıxılaraq həyat yoldaşına zəng etmək üçün telefona doğru iki saat sürünüb. Lakin həyat yoldaşı zəngi qəbul edə bilməyib, təcili tibbi yardımı isə onun qardaşı çağırıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib və onun insult keçirdiyi məlum olub.

Tatarıstan Respublika Klinik Xəstəxanasının həkimləri kişini xilas ediblər.

Lalə Novruz, BakuPost
phrase_var_article.chosen
73
5
bakupost.az

6phrase_var_article.sources