AZ

Ermənilər Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşmaq üçün konstitusiyalarına yenidən baxmalıdır - “The Jerusalem Post”

Bakı. Trend:

Ermənilər Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşmaqüçün konstitusiyalarına yenidən baxmalıdır .

Trend xəbərverir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmışeksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiqpolkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetininşərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq vəİslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat StratejiAraşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanınən nüfuzlu nəşrlərindən “Jerusalem Post”da dərc olunmuş “Türkiyəİranın yerinə yeni regional güc olacaqmı?” sərlövhəli məqaləsindəyazıb.

Yazıda Rusiyanın dəstəyindən məhrum olan Ermənistanın ölkəmizləsülh sazişi perspektivi fonunda Tehranın da dəstəyindənuzaqlaşaraq, Azərbaycan və Türkiyə ilə normal qonşuluqmünasibətləri yaratması alternativsiz variant kimiqiymətləndirilib.

Hadisələrin bu istiqamətdə cərəyan etməsinin bölgədə Tehrantərəfindən təşviq olunan dini radikalizmi xeyli zəiflədəcəyidiqqətə çatdırılıb. Qeyd olunub ki, nəzarətində olan hər birərazidə dünyəvi qanunun aliliyini təmin edən Azərbaycan bugünədəkuğurlu şəkildə dini radikalizmin yayılmasının qarşısını almaqlabölgədə dünyəvi dövlətçilik mühitinin bərqərar olmasına mühüm töhfəverib.

İsrailli professor Türkiyənin strateji müttəfiqi olanAzərbaycanın Vətən müharibəsində qələbəsinin bölgəni gərginlikdəsaxlayan qüvvələrin zəifləməsinə, əvəzində türk alyansınıntəsirinin artmasına rəvac verdiyinə diqqət çəkib.

Məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəlqoymayaraq 30 il ərzində Qarabağı və Azərbaycanın 7 rayonunuqanunsuz işğal altında saxlayan Ermənistanın sözügedən təcavüzünəticəsində bir milyona yaxın soydaşımızın məcburi köçkünəçevrildiyi də xatırladılıb.

Müəllif bütün qeyd olunanların fonunda ermənilərin Azərbaycanınmilli suverenliyinə hörmətlə yanaşması üçün onların özkonstitusiyalarını yenidən nəzərdən keçirməsinin zəruriliyinidiqqətə çatdırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-832715

Seçilən
23
6
az.trend.az

7Mənbələr