AZ

Gündüz İsmayılov: "Azərbaycanda dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə yönələn cəhdlər var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə, ənənəvi islamın zəiflədilməsinə yönəldilmiş cəhdlər var.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda dini durum sabitdir:
"Biz istər dini-ideoloji nöqteyi-nəzərdən, istərsə də ictimai-milli təhlükəsizlik kontekstində din sahəsində ciddi bir təhdidlə qarşı-qarşıya deyilik. Amma təəssüf ki, bəzi müəyyən narahatlıq və narahatlıq doğuran məqamlar var. Çünki dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə, ənənəvi islamın zəiflədilməsinə yönəldilmiş cəhdlər mövcuddur".
Sədr müavini bildirib ki, Azərbaycanda qadın hüquqlarının pozulmasına, dünyəvi dövlətə, dünyəviliyə qarşı cəhdlər, tendensiyalar zəif də olsa realdır.
"Dövlət-din münasibətlərinin təbliği, gedən proseslərin daha da şəffaflaşdırılması, dini maarifləndirməni gücləndirmə istiqamətində səylər daha da artırmalı, fəaliyyətimizi genişləndirilməli və gücləndirməliyik. Burada həm kəmiyyət, həm keyfiyyət dəyişikliyindən söhbət gedir", - deyə G.İsmayılov əlavə edib.
Seçilən
50
25
oxu.az

10Mənbələr