AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci və 2-ci liqalarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
1-ci Liqa, 9-cu tur
“Qaradağ Lökbatan” – MOİK oyununda “Qaradağ Lökbatan” komandasında 6 nəfər sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – MOİK oyunu polis nümayəndəsi olmaması səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilib.
“Baku Sporting” – “Difai” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Baku Sporting” komandası 80 manat cərimə edilib.
“Mingəçevir” – “İmişli” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilib.
“Zaqatala” – “Karvan” oyununda “Karvan” komandasının inzibatçısı Məhəmmədəli Hüseynov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Karvan” komandası 50 manat cərimə edilib.
“Qəbələ” – “Cəbrayıl” oyununun 76-cı dəqiqəsində “Cəbrayıl” komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Cəbrayıl” komandası 50 manat cərimə edilib.
2-ci Liqa, 12-ci tur
“Ağdaş” – “Qusar” oyununun 47-ci dəqiqəsində “Ağdaş” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Ağdaş” komandası 150 manat cərimə edilib.
“Ağdaş” – “Qusar” oyununun 89-cu dəqiqəsində “Ağdaş” komandasının cəzalı baş məşqçisi Ruslan Hüseynov meydançaya daxil olduğuna, hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib.
“Göygöl” – “Dinamo” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilib.
“Göygöl” – “Dinamo” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70 manat cərimə edilib.
“Hypers Guba” – “Kür-Araz” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilib.
“Lerik” – “Saatlı-Araz” oyununun 76-cı dəqiqəsində “Lerik” komandasının 20 nömrəli futbolçusu Elvin Cahangirli təcavüzkar davranışa (rəqibi başla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Lerik” komandası 300 manat cərimə edilib.