AZ

Hava şəraiti ilə bağlı dənizdə işləyənlər təxliyə edilib - SOCAR

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Ekologiya.az-a SOCAR-dan bildirilib.


Qeyd edilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

"Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır", - məlumatda deyilir.

phrase_var_article.chosen
68
33
ekologiya.az

10phrase_var_article.sources