AZ

Cəbhədə ağır məğlubiyyət: Londonun yarısı boyda ərazi ələ keçirildi

Ukraynanın hərbi rəhbərliyi cəbhədəki ağır vəziyyət fonunda Donetsk vilayətinin əməliyyat qüvvələrinin komandanını vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.

Donetsk əməliyyat-taktiki qoşun qrupuna rəhbərlik edən Aleksandr Lutsenko komandanlığı altında olan qüvvələr Rusiyanın hücumunu dayandıra bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Nəşr yazır ki, son bir ayda Rusiya təxminən Londonun yarısı böyüklüyündə əraziləri ələ keçirib.

Lutsenkonun yerinə briqada generalı Aleksandr Tarnavski təyin olunub, birinciyə isə Ukrayna Quru Qoşunlarında başqa bir vəzifə verilib.

Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Donetskdəki durumdan danışarkən bildirib ki, Ukrayna qoşunları sayca üstünlüyə malik olan Rusiya ordusuna qarşı döyüşür.

“Döyüşlər çox çətin şəraitdə davam edir. Ruslar bütün qüvvələri irəli ataraq müdafiəmizi yarmağa çalışırlar”, - baş komandan deyib.

Şərq cəbhəsində vəziyyət gərgin olaraq qalır, Ukrayna Rusiyanın artan hücumuna qarşı yeni strategiyalar axtarır.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
31
teleqraf.com

1phrase_var_article.sources