AZ

Seulda prezidentin həbsi tələbi ilə mitinq keçirilir - YENİLƏNİB

Təxminən 200 min nəfər Seulda parlament binasının qarşısına toplaşıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, mitinq iştirakçıları prezident Yun Sok Yolun həbsini tələb edirlər.

Məlumata görə, ölkə prezidenti deputatların ona etimadsızlıq göstərməsindən sonra Konstitusiya Məhkəməsinin qərarına qədər vəzifəsinin icrasından müvəqqəti olaraq kənarlaşdırılıb.

12:25

Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd olunub ki, bunun "lehinə" 204 nəfər, "əleyhinə" 85 nəfər səs verib.

Hakim "Vətəndaş Gücü" partiyasının deputatları səsvermədə iştirak ediblər.

phrase_var_article.chosen
59
5
far.az

6phrase_var_article.sources