AZ

4 ay reanimasiyada qalan Kadir İnanırın GÖRÜNTÜLƏRİ YAYILDI

4 aylıq reanimasiyadan sonra evə buraxılan Türkiyənin məşhur aktyoru Kadir İnanırın ilk fotosu yayılıb.

Tribunainfo.az “Haberler.com”a istinadən xəbər verir ki, “Yeşilçam”ın ulduzu ötən mart ayında beyin damarında yaranan laxtalanma səbəbindən xəstəxanaya yerləşdirilib və 4 aylıq reanimasiyadan sonra evə buraxılıb.

“Süre Film” şirkətinin sahibi Ali Gündoğdu müalicəsi davam edən Kadir İnanırı ziyarət edib.

Gündoğdu aktyorun fotosunu sosial şəbəkədə “Dəyərli sənətçimiz və ağsaqqalımız Kadir İnanırın səhhəti günü-gündən yaxşılaşır. İnşallah ən qısa zamanda sağlamlığına qovuşar”, – qeydi ilə paylaşıb.

Seçilən
2
2
tribunainfo.az

3Mənbələr