AZ

Səkkiz ölkə Suriya ilə bağlı bəyanat verdi

Səkkiz ərəb ölkəsinin xarici işlər nazirləri Suriyada bütün hərbi əməliyyatları dayandırmağa çağırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə onların İordaniyanın Əqabə şəhərində keçirilən görüşündən sonra qəbul edilmiş bəyanatda deyilir.

İordaniya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən sənəddə nazirlər Suriyada bütün hərbi əməliyyatların dərhal dayandırılmasının zəruriliyini təsdiqləyiblər. Nazirlər həmçinin ölkədə xaosun qarşısını almaq üçün Suriyanın dövlət qurumlarını qoruyub saxlamağa çağırıblar.

Xarici işlər nazirləri Suriyanın təhlükəsizliyini təhdid edən terrorizmlə mübarizəyə sadiq olduqlarını bildiriblər.

Bəyanat Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, İordaniya, İraq, Qətər, Livan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən verilib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
12
teleqraf.com

1Mənbələr