AZ

Ankarada Blinkendən Qazprombank xahişi: Nəticəsi olacaqmı?

Türkiyə tərəfi ABŞ-la təmaslar zamanı Qazprombank-a qarşı sanksiyalardan ölkəyə istisna tətbiq olunmasını istəyib.

Musavat.com “Hürriyet” qəzetinin köşə yazarı Hande Fıratın mənbələrə istinadən yazdığı məlumata istinadən xəbər verir ki, məsələ dünən Ankarada olan ABŞ dövlət katibi Antoni Blinkenlə təmaslar zamanı müzakirə olunub.

Amerika tərəfi qeyd edib ki, “istəklərdən xəbərdardır və onları qiymətləndirir”.

Qeyd edək ki, noyabrın 21-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın Qazprombank-ına qarşı sanksiya tətbiq etdikdən sonra ondan qaz alan ölkələrin dəyəri ödəmək imkanı qalmayıb. Buna görə də həm Avropa İttifaqı, həm də Türkiyə qaz dəyərinin ödənilməsi üçün sanksiyalarda istisna tətbiq olunmasını istəyirlər.Bir müddət əvvəl Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyaların Türkiyəyə mənfi təsir etdiyini və respublikanın Xarici İşlər Nazirliyi ilə idxal olunan təbii qazın ödənişi ilə bağlı vəziyyəti həll etmək üçün danışıqlar apardığını bildirmişdi. O, əlavə edib ki, Türkiyə qazın 40 faizini Rusiyadan alır və onun pulunu ödəyə bilməməsi ölkəyə ağır zərbə vuracaq.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr