AZ

Minadan və partlamamış hərbi sursatlardan zərərçəkənlərin SİYAHISI

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 5 ay ərzində layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirdik.

Publika.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) minadan zərərçəkənlərlə bağlı 11 rayon və şəhər üzrə aparılan tədqiqatın nəticələri ilə bağlı tədbirdə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) sədri Rey Kərimoğlu deyib.

Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində aparılıb.

“Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İnformasiyanın İdarə Edilməsi Sistemi (İMİSMA) agentləri vasitəsilə sorğular keçirdik. Layihənin icrası və “Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat”, “Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi” adlı anketlərin doldurulması üçün zərərçəkənlərdən ibarət komanda formalaşdırdıq. Adı çəkilən rayon və şəhərlərdən minə yaxın minadan zərərçəkəndən 866-sı sorğulara cəlb olunaraq toplanmış məlumatlar təhlil edilib”, - AMZA sədri, layihə rəhbəri deyib.

O, qeyd edib ki, toplanmış məlumatların mina/PHS-lərin (Partlamamış Hərbi Sursatlar) insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması, zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə edilməsi nəzərdə tutulur: “Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Belə vacib layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və komandasına minnətdarlığımızı bildiririk”.

R.Kərimoğlu layihənin icrasına yaxından dəstək verdiyinə görə ANAMA və BAMF rəhbərliyinə, həmçinin dövlət orqanlarına minnətdarlığını bildirib.

Sonra layihənin eksperti, tanınmış hüquqşünas Mirəli Hüseynov aparılan sorğuların nəticələrini iştirakçılara təqdim edib.

Seçilən
13
14
publika.az

10Mənbələr