Suriyalılar ilk dəfə olaraq keçmiş prezident Bəşər Əsədin ailəsinin Latakiya əyalətinin şimalındakı Burj İslamda təxminən 50 il əvvəl tikilmiş özəl sahil kurortuna daxil ola biliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
`
Nəhəng yay kurort kompleksində Aralıq dənizinə baxan balkonlu villa, şəxsi çimərlik, böyük bağlar yerləşir.
Kompleks Əsəd rejiminin süqutundan sonra talan edildiyi üçün boş qalıb. Pəncərələr sındırılıb, mebellər daşınıb, tualet, duş kabinələri, işıq qurğuları və qab-qacaq sındırılıb.
Sakinlər bu kompleksin növbəti prezidentə yox, xalqa verilməsini istəyirlər.
Reuters agentliyinin məlumatına görə, Əsədin devrilməsindən sonra yerli sakinlər, eləcə də kurortun tikintisi zamanı yaxınlıqdakı kəndlərə sürgün edilən Suriya türkmənləri 50 ildən sonra ilk dəfə bura qayıdıblar. Kurortun yerində əvvəllər zeytun bağları olduğu qeyd olunub.