AZ

Keçmiş müdafiə naziri saxlanıldı - FOTO

2021-2022-ci illərdə Braziliyanın müdafiə naziri olmuş Uolter Braqa federal polis tərəfindən saxlanılıb. O, dövlət çevrilişinə cəhddə ittiham edilir.



Referans.az" target="_blank">Referans.az TASS-a istinadən xəbər verir ki, bu barədə “O Globo” qəzeti yazıb.



"Bu heç vaxt çevriliş olmayıb, kimisə öldürmək məqsədilə sui-qəsddən isə söhbət gedə bilməz", - keçmiş nazir deyib.



Qeyd edək ki, 2022-ci ildə vitse-prezidentliyə namizəd olan sabiq nazir ikinci turda Lula da Silva və yeni seçilmiş vitse-prezident Jeraldu Alkminə məğlub olub.



Xatırladaq ki, noyabrın 19-da Braziliya Federal Polisi Bolsonaru və bir neçə zabitə qarşı 2022-ci il seçkilərində məğlubiyyətdən sonra mütəşəkkil cinayətkar dəstə yaratmaq və çevrilişə cəhd ittihamı ilə istintaqa başlayıb.



Qurumun hesabatına görə, sui-qəsdçilər Lula da Silvanın 2023-cü il yanvarın 1-nə planlaşdırılan andiçmə mərasimini pozmaq istəyiblər.



Keçmiş

phrase_var_article.chosen
18
3
referans.az

5phrase_var_article.sources