Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Sumqayıtda növbəti dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
Sumqayıt şəhəri Araz superstore qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 253 litr olan plastik, 536 litr tutumu olan şüşə butulka və 43 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ərik, nar və sərv tingləri əldə ediblər.