AZ

"Məşqlərə başlayacağım günü səbrsizliklə gözləyirəm"

“Müalicəm 4 gündür başlayıb. Özümü çox yaxşı hiss edirəm. Müalicə prosesi bitəndən sonra yüngül halda fiziki məşqlərə start verəcəm”.

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in zədəli futbolçusu Elmir Tağıyev klubun mətbuat xidmətinə açıqlamasında bildirib. Bir müddət öncə İstanbulda cərrahiyyə əməliyyatı olunub vətənə dönən yarımmüdafiəçi tezliklə sıraya dönəcəyinə inandığını deyib: “Türkiyədə həkim bildirdi ki, əməliyyat çox yaxşı keçib. Narahat olmağa dəyməz. Əməliyyatdan sonra mənə tövsiyələrini verdi. Bərpa prosesində nələrə diqqət etməli olduğumu söylədi. Əsas olan odur ki, ağrılar arxada qalıb. Yavaş-yavaş yaxşılığa doğru düzəlirəm”.

Tağıyev oyunlar üçün darıxdığını söyləyərək qısa bir zamanda meydanlara dönmək istədiyini diqqətə çatdırıb: “İnanın ki, meydanda məşqlərə başlayacağım günü səbrsizliklə gözləyirəm. Açığı, futbolsuz çox darıxıram. Ona görə bərpa müddətini çox ciddi keçirirəm ki, ən tez müddətdə sıraya qayıda bilim. Həkimlərin tapşırığı əsasında çalışıram. Vəziyyətimə baxmayaraq komandanın oyunlarını diqqətlə izləyirəm. Şükür ki, sonuncu pillədən qurtula bildik. İnşallah, daha da yuxarı qalxmaq imkanımız olacaq. Komandanın son oyunları göstərir ki, inkişaf var. Ümid edirəm göstərdiyimiz oyunla daha yaxşı nəticələr qazanacağıq”.

saytlarin hazirlanmasi

Seçilən
48
sportal.az

1Mənbələr