Bakı metopolitenində platformaya suyun damması iddia edilir
Xezerxeber.az xəbər verir ki, metronun Nizami stansiyasında tavandan su damması ilə bağlı görüntülər yayılıb. Bildirilib ki, damcılar qatarların hərəkət xəttinə, platformada qatarı gözləyən sərnişinlərin üzərinə düşür.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Xəzər Xəbərə açıqlamasında bildirib ki, «Nizami» stansiyası şəhərin geoloji cəhətdən mürəkkəb rayonunda yerləşir. Bu səbəbdən stansiya qurğuları, konstruktiv və dekorativ-memarlıq elementləri, stansiya avadanlığı tamamilə yararsız vəziyyətə düşüb. Hazırda isə stansiyanın təmiri istiqamətində işlər həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.