AZ

''Qalatasaray''a qənim kəsilən qapıçı ''Fənər''ə qarşı oynamayacaq

Türkiyə çempionatında 16-cı tura iki oyunla start verildi.

''Bodrum'' evdə ''Sivasspor''u, ''Kasımpaşa'' isə evdə ''Eyüpspor''u 2 cavabsız qolla məğlub etdi. Hər iki oyunda qollar fasilədən sonra vuruldu. ''Eyüpspor'' təkcə 3 xal yox, həm də yaxşı formada olan qapıçı Berke Özəri itirdi. 23 yaşlı əlcək sahibi fasilə ərəfəsində zədə aldığı üçün əvəzləndi. Tibbi müayinədə onun əzələsində yırtıq aşkarlanıb. Bu da o deməkdi ki, Berke bir neçə həftə komandaya kömək edə bilməyəcək.

Növbəti turda isə Arda Turanın çalışdırdığı ''Eyüpspor'' ''Fənərbaxça''nı qəbul edəcək. Yəni Berke sabiq klubuna qarşı oyunu buraxmalı olacaq. Onun 2 həftə öncə ''Qalatasaray''la səfər oyunundakı (2:2) performansını nəzərə alsaq, bu, debütant üçün çox ciddi itkidi. Özər həmin qarşılaşmada 12 seyv edərək mövsümün rekordunu qırmışdı.

Qeyd edək ki, ''Altınordu''nun yetirməsi olan bu qapıçı 2018-22-ci illərdə müqavilə ilə ''Fənərbaxça''ya məxsus olub. Arada iki mövsümü ''Vesterlo''da icarədə keçirən Berke yalnız 2021/22-də ''Fənər''də bir qədər oynamaq şansı qazanmış, ama özünü yaxşı tərəfdən göstərə bilməmişdi.

Daha sonra ''Portimonense'' və ''Ümraniyəspor''da da çıxış edən Özər 2023-dən etibarən ''Eyüpspor''un şərəfini qoruyur.

ƏLİ

phrase_var_article.chosen
61
football-plus.az

1phrase_var_article.sources