Gürcüstanda Qudauri kurortunda 12 nəfərin meyiti aşkarlanıb.
Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ölənlər arasında Gürcüstanın bir vətəndaşı və 11 əcnəbi var.
Meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanmadığından ölümlərin dəm qazındən zəhərlənmədən baş verməsi ehtimal olunur.