AZ

"Tənqidlər uydurma yalanlardır"

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının göstəricilərinə aid səslənən tənqidlərdən danışıb. 

QOL.az "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, o deyib: "Statistikaya nəzər yetirsək, bu, məşqçi karyeramda ən yaxşı mövsümümdür. Tənqidlər uydurma yalanlardır. Rəqəmlərə baxsaq ən yaxşı mövsümümü keçirirəm. Həmçinin yaratdığımız qol epizodlarının saylarına görə də ən yaxşı mövsümdür.

Buna baxmayaraq karyeramda daha çox uğur qazandığım mövsümlər olub. Amma mən ancaq müsbət məqamlar görürəm. Mövsümün əvvəlindən olan tənqidlərə fikir vermək lazım deyil. Jurnalistlərin çoxusu deyirdi ki, heyətimiz heç Fransada ən yaxşı deyil. Vaxt keçdikcə hər şey öz yerinə gəlir. Çempionlar Liqasındakı çətinlikləri də nəzərə alsaq, bu mövsümdən razıyam". 

Qeyd edək ki, PSJ ölkə çempionatının turnir cədvəlində 34 xalla 1-ci yerdədir. 

Seçilən
19
teleqraf.com

1Mənbələr