AZ

Dadaşbəli DÇ-də gümüş medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan atlet 183 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə dördüncü olub.

O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğura imza atıb. 221 kiloqramı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.

Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.

Xatırladaq ki, Dadaşbəylu ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Seçilən
3
25
fanat.az

10Mənbələr