AZ

Bakıda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin təqdisetmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarlaəlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager Azərbaycandasəfərdədir.

Trend xəbər verir ki, səfərçərçivəsində dekabrın 14-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi vəBakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoannPavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazininarxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdisetmə mərasimikeçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələrdepartamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov,Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu VladimirFekete, Müqəddəs Taxt-Tacın Azərbaycan Respublikasındakı Apostolnunsisi Marek Solçinski, Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladəvə səlahiyyətli səfiri İlqar Muxtarov və digər rəsmi şəxsləriştirak ediblər.

Arxiyepiskop Paul Riçard Qallager kilsənin layihəsi ilə tanışolub.

Xatırladaq ki, kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcraHakimiyyəti tərəfindən paytaxtın Yasamal rayonu, Abbas MirzəŞərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaqsahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsininistifadəsinə verilməsi haqqında 2024-cü il 1 may tarixli Sərəncamqəbul edilib.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
phrase_var_article.chosen
31
12
az.trend.az

10phrase_var_article.sources