AZ

Enerji saxlama sistemləri

Bəziləri qalıqdan, bəziləri bərpa olunan enerjidən, bəziləri isə nüvə enerjisindən istifadə edir. Lakin, fasiləsiz işləyən bütün elektrik stansiyalarının əsas məqsədi enerjini evlərimizə elektrik və ya təbii qaz vasitəsilə ötürməkdir.

SİA-nın məlumatına görə, bu istehsal prosesinin ən diqqətçəkən cəhəti, su elektrik stansiyalarında yaz mövsümündə çayların axınının artması ilə məhsuldarlığın yüksəlməsidir.

Enerji saxlama texnologiyaları, tələb-təklif balansı baxımından ən mühüm sistemlərdən biridir və ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə verir.

Elektrik enerjisi baxımından saxlama texnologiyaları 7 əsas kateqoriyaya bölünür. Birinci sırada batareyalar və akkumulyatorlar var. Bu kateqoriyaya litium-ion, qurğuşun turşusu və nikel-kadmium kimi elektrik enerjisi saxlayan müxtəlif növ sistemlər daxildir. Digər sistem isə termal enerjidir. Bu sistem günəş enerjisi ilə isidilәn sudan istifadə edərək istilik enerjisini saxlayır. Ən çox istifadə edilən üçüncü sistem isə mexaniki saxlama sistemidir.

‘’Sıxılmış hava enerjisi’’ texnologiyası ilə hava sıxılır və elektrik enerjisi istehsal etmək üçün lazım olduqda buraxılır. Buna oxşar başqa bir üsul isə "Maye hava enerji saxlama" texnologiyasıdır. Bu sistemdə hava mayeləşdirilir və lazım olduqda buxarlanır.

Digәr sistem isə bəndləri nəhəng akkumulyatorlara çevirir. Nasoslu rezervuar sistemi ilə elektrik enerjisi istehsalında istifadə olunan su, nasoslar vasitəsilə yenidən bəndə nəql edilir vә lazım gәldikdә istifadә olunur.

Superkondensatorlar elektrik enerjisinin sürətli saxlanması dinamikası ilə işləyən bir sistemdir.Qeyd etmәliyik ki, saxlama sistemləri yalnız elektriklə məhdudlaşmır. Xüsusilə, neft və təbii qazın saxlanması dövlətlər üçün strateji əhəmiyyət kəsb edir. Lakin bu sistemlər daha çox ənənəvi üsullarla işləyir.

Türkiyənin hazırda illik 4,6 milyard kubmetr təbii qaz tutumuna malik anbarları mövcuddur. 2028-ci ilə qədər bu gücün 12 milyard kubmetrə çatdırılması gözlənilir. Beləliklə, illik ehtiyacın 20 faizinin saxlanması hədəflənir. 2053-cü ilə qədər bu nisbətin 50 daizədək yüksələcəyi gözlənilir.

Enerji Saxlama Sənayeləri Dərnəyinin (EDEDER) prezidenti Can Tokcanın sözlərinə görə, Türkiyənin həm elektrik enerjisi, həm də karbohidrogen əsaslı enerji ehtiyatlarının saxlanması baxımından parlaq gələcəyi var.

Dünyada akkumulyator istehsalında istifadə edilən litium karbonatın80 faizinin Çindən təmin edildiyinə diqqət çəkən Tokcan Türkiyədəki müxtəlif şirkətlərin hüceyrə istehsalı, hüceyrələrdən modul istehsalı, saxlama sistemləri və batareyaların təkrar emalı kimi sahələrdə ciddi imkanlara malik olduğunu ifadə edib.

“Çinə tətbiq edilən sanksiyalara görə Türkiyə indi Avropada hər kəs üçün parlayan ulduzdur. Xüsusilə enerji sahəsində hər kəs hazırda Türkiyəyə üz tutur. Belə bir mühitdə biz bunu fürsətə çevirə bilərik”,-deyә Tokcan vurğulayıb.

Məhz bu müddət ərzində mühüm tədbir keçiriləcək. Sənaye rəhbərləri ictimaiyyətlə görüşəcək. Dekabrın 25-də Ankarada Gələcəyin Enerjisi və Anbar Konqresi keçiriləcək. Konqres “Bölgənin Batareya Bazası: Türkiyə” devizi ilə baş tutacaq.

Seçilən
22
1
sia.az

10Mənbələr