Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əbu Məhəmməd əl-Colani ləqəbli Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürməyi istisna etməyib.
"Cebheinfo.az" APA -ya istinadən xəbər verir ki, bunu əl-Colani “Al Araby” telekanalına müsahibəsi zamanı deyib.
“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Ərəb Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə o bildirib.
"Cebheinfo.az"