AZ

İsrail Ordusu HƏMAS-ın komandirini zərərsizləşdirib

İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadının yüksək rütbəli komandiri İmad Jaronu zərərsizləşdirib.

Paralel.az ” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o həm də Qəzzanın Deyr əl-Bələh şəhərinin meri vəzifəsini daşıyırdı.

İmad Jaronun Deyr əl-Bələhdəki humanitar zonada İsrailə qarşı hücumlar planlaşdırdığı bildirilir.

Ordu bəyan edib ki, zərərsizləşdirilən hərəkat rəsmisi HƏMAS-ın hərbi qanadının rəhbərliyi ilə daimi əlaqə saxlayıb və ona döyüş dəstəyi verib.

“HƏMAS beynəlxalq hüququ pozaraq, mülki və humanitar infrastrukturdan terror məqsədləri üçün istifadə etməkdə davam edir”, - Ordunun məlumatında deyilir.

Seçilən
10
17
paralel.az

10Mənbələr