İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşq yaxınlığındakı bir neçə hərbi obyektə raket zərbələri endirib.
APA xəbər verir ki, bu barədə Livanın “Naharnet” xəbər portalı məlumat yayıb.
Nəşrin məlumatına görə İsrail təyyarələri paytaxt Dəməşqin qərbindəki əl-Qələmun dağlıq ərazisində yerləşən Tell Mnin və Khfeir bölgələrində Suriya hərbi obyektlərinə hücum edib.
Hadisə zamanı ölən və yaralananlar barədə məlumat verilməyib.