Hindistan hökuməti BRICS valyutası ilə bağlı hər hansı qərarın qəbul edilmədiyini açıqlayıb. Musavat.com xəbər verir ki, bu barədə ölkənin rəsmi nümayəndələri bəyan ediblər.
Ötən həftə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, BRICS ölkələrinə 100%-lik tarif tətbiq etməklə hədələyib. O, bu addımı yalnız BRICS üzvlərinin vahid valyuta planından imtina etmələri halında geri çəkəcəyini bəyan edib.
BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında vahid valyuta təşəbbüsü bir müddətdir müzakirə olunur. Bu valyutanın qlobal iqtisadiyyata təsir edəcəyi və ABŞ dollarından asılılığın azaldılacağı gözlənilir. Lakin Hindistan bu planın hələlik təsdiqlənmədiyini bildirib.
BRICS valyutası məsələsi həm qlobal iqtisadi münasibətlərdə, həm də ABŞ ilə BRICS arasında mövcud tarazlığa təsir edə biləcək mühüm amil kimi qiymətləndirilir. Trampın bu mövzuya sərt reaksiyası, BRICS və ABŞ arasında gərginliyi artıra bilər.
Musavat.com,
(Forbes-in məlumatları əsasında)