AZ

David de Xea Avropanın ən dəfedilməz qapıçısıdır

Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzi (CIES Football Observatory) dəf edilmiş zərbələrin faizi üzrə ən yaxşı qapıçıları açıqlayıb.

Arena.az məlumat verir ki, Avropanın 7 aparıcı liqasının qapıçıları arasında ən yaxşı nəticə “Fiorentina”nın ispan qapıçısı David de Xeaya məxsusdur.

De Xea cari mövsümdə qapısına tuş gəlmiş zərbələrin 83%-ni dəf edib.

İkinci nəticə “Portu”nun qapıçısı Dioqu Koştaya məxsusdur. Portuqal qapıçı 82%-lik nəticə göstərib.

İlk üçlüyü isə “Benfika”nın qapıçısı Anatoli Trubin qapayır. Ukraynalı qapıçı da 82%-lik nəticə göstərib.

Futbolda İdman Araşdırmaları Beynəlxalq Mərkəzinin seçiminə əsasən, dəf edilmiş zərbələrin faizi üzrə ən yaxşı qapıçıların onluğunu təqdim edirik:

  1. David de Xea (“Fiorentina”) – 83%;
  2. Dioqu Koşta (“Portu”) – 82%;
  3. Anatoli Trubin (“Benfika”) – 82%;
  4. Auqusto Batalya (“Rayo Valyekano”) – 80%;
  5. Franko İsrael (“Sportinq”, Lissabon) – 80%;
  6. Filipp Kön (“Monako”) – 79%;
  7. Martsin Bulka (“Nitsa”) – 78%;
  8. Morits Nikolas (“Borussiya”, Mönhenqladbax) – 77%;
  9. Peter Qulaçi (“Leypsiq”) – 77%;
  10. Yan Oblak (“Atletiko”, Madrid) – 77%.
Seçilən
17
arena.az

1Mənbələr