AZ

ADPU-da II Təhsil Menecerləri Forumu keçirilib

Dekabrın 14-də Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ev sahibliyi ilə II Təhsil Menecerləri Forumu (TMF) keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Belə ki, 400-dən çox iştirakçının qatıldığı forumda təhsil sahəsində rəhbər vəzifə tutan şəxslər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Forumun əsas mövzusu təhsildə idarəetmə, rəqəmsal transformasiya və ekoloji məsuliyyətin müzakirəsi olub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov vurğulayıb ki, biz bu gün təkcə təhsildəki dəyişiklikləri əks etdirmək üçün deyil, həm də gələcək nəsilləri qlobal vətəndaşlıq və milli inkişaf üçün zəruri olan bacarıq və dəyərlərlə təchiz etmək üçün innovativ yolları araşdırmaq üçün toplaşmışıq. Bizim qarşımızda tənqidi təfəkkür, innovasiya və ömür boyu öyrənməni təşviq edən bir sistem qurmaq dayanır. Bu sistem həm qlobal tendensiyalara, həm də xalqlarımızın mədəni mahiyyətinə uyğun olmalıdır.

Rektor qeyd edib ki, ənənə ilə innovasiyanı birləşdirərək fəaliyyətini davam etdirən Pedaqoji Universitet müasir təhsilin tələblərinə cavab vermək üçün transformativ proqramlar tətbiq edir. Belə təşəbbüslərdən biri də CVU ilə ikili diplom proqramıdır ki, bu da tələbələrimizə milli dəyərlərə bağlı qalmaqla yanaşı, beynəlxalq təcrübə əldə etmək üçün unikal imkan yaradır. Bundan əlavə, təhsilin təşkili və idarə olunması üzrə magistr proqramlarımız və təlimlərimiz təhsil sektorunda sistemli dəyişiklikləri həyata keçirə bilən liderlər yetişdirmək məqsədi daşıyır. Hazırda Pedaqoji Universitetin magistrantlarının 47,5 faizi sırf təhsilin, onun marketinqi, ali təhsilin, təlim və tədrisin təşkili və idarə olunması istiqamətində universitetdə magistr hazırlığı həyata keçirilən müvafiq ixtisaslaşmalar üzrə təhsil alır. Beləliklə, deyə bilərik ki, ADPU-da yeni məzmunlu magistr ixtisaslaşmalarımız, gələcək təhsil liderlərini hazırlamağa xidmət edir. Eləcə də universitetdə təhsilin idarə olunması sahəsində qeyri-formal təhsil istiqamətində də önəmli addımlar atılır. “Məktəb Liderliyi” Proqramı və “Məktəbəqədər Təhsildə Liderlik” Proqramı ADPU-nun bu sahədə innovativ yanaşmasının təməl daşlarıdır.

Prof. Cəfər Cəfərov sonda hər kəsi inklüziv, gələcəyə hesablanmış və cəmiyyətin ehtiyaclarına dərindən bağlı olan təhsil sistemini inkişaf etdirmək öhdəliyi üzərində düşünməyə, təhsilin dəyişikliklərə rəhbərlik etdiyi sistem qurmaq yolunda aktiv çalışmağa çağırıb.

Açılış mərasimində çıxış edənlərdən Hədəf Şirkətlər Qrupunun baş direktoru, TMF-nin layihə rəhbəri Şəmil Sadiq, Təhsilin İnkişafı Fondunun (TİF)  sədri Elnur Nəsibov və Dövlət Gömrük Akademiyasının (DGA) sədri Qulu Novruzov forumun məqsədindən, təhsil sahəsinin qarşısında duran çağırışlar və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyindən söz açıblar.

 Tədbirə qatılan xarici və yerli spikerlər, o cümlədən Türkiyənin Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor İrfan Ərdoğan, “Educo Group”un direktoru Ərcümənd Özayan, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və başqaları panel müzakirələrində iştirak ediblər.

Forumda “Təcrübədə innovativ idarəetmə”, “Təhsil idarəetməsində texnoloji və ekoloji məsuliyyətlər” və “Məktəb idarəetməsində keyfiyyət təminatı” mövzularında panellər keçirilib. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktik tövsiyələr verilib.

Prof. İrfan Ərdoğanın “Təhsildə islahatlar”, Ercümənd Özayanın “Rəqəmsal əsrdə innovativ öyrənmə metodları”, Ulaş Nəzir və Mərd Doğanın “Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt” mövzusunda çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təhsil menecmenti sahəsində təcrübə mübadiləsi, yeni əlaqələrin qurulması və növbəti layihələr üçün zəmin yaradılması forumun əsas nailiyyətləri kimi yadda qalıb.

Qeyd edək ki, forumun media dəstəkçiləri Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AZTV) və “Səs” İnformasiya Agentliyidir.  Tədbirin rəsmi tərəfdaşları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Naxçıvan Dövlət Universiteti, tərəfdaşları MÜSİAD Azərbaycan, “ELTA”, “XAN” nəşriyyatı, informasiya tərəfdaşları “Ustad” ədəbiyyat və sənət dərgisi, “azedu.az” və “sənət.az” saytları, sponsorları “iTech”, “alba” və “SİNKOD” şirkətləridi

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/16a32604-2361-43bb-830d-b312b8aa2760_1000339578.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/ca20a5e8-6b03-449b-8e01-8b3ab579db43_1000339579.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/e3890eef-f551-4e9f-8f53-2275a71d9ffd_1000339580.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/de0c23da-03df-422b-b706-2feba03d89d6_1000339581.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/e5d30c4b-0631-4e09-b180-c9ccb789edfa_1000339582.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/b34d8e94-f490-495d-bdd3-e977543b77cc_1000339583.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/1baffe47-c1e7-46da-b249-aad0e139275e_1000339585.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/215c835e-e671-4aee-838d-b294f365c430_1000339586.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/8328a8b3-4680-433a-9286-9a2b66abafd9_1000339587.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/7252d489-1344-4155-a1d1-8365c53dbb4c_1000339588.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/8f02b244-b816-4356-b0e4-4b68b3112800_1000339589.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/75a874ec-9d8b-460a-95bf-4af30988aba9_1000339590.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/472ba132-0919-45c7-8ffc-6b7f86d72309_1000339591.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/b34f22d2-c965-48f3-b44c-264bb93c727a_1000339592.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/20f0dbea-b9bd-4392-ad56-6dda74639bfa_1000339593.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/f764e6d0-0ce6-4909-94bf-18f4e22e1081_1000339595.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/74de012f-aed3-4e30-852e-d3662676be0f_1000339594.jpghttps://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20December%202024/c52e6fac-c6a6-4363-a7ea-f1635fa058bc_1000339596.jpg

 

 

 

 

Seçilən
6
4
tehsil.biz

5Mənbələr