Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Səfərdə “Maynts”la qarşılaşan lider “Bayern” cari mövsümdə ilk məğlubiyyətinə üzülüb. Münhen təmsilçisi buna qədər cəmi 3 oyunda heç-heçəyə razı olmuşdu. Amma “Maynts” Almaniya nəhənginin məğlubiyyətsiz seriyasına son qoymağı bacarıb.
Ötən mövsümün qalibi olan “Bayer” isə səfərdə “Auqsburq”u 2 cavabsız qolla məğlub edib. “Verder” də “Sankt Pauli” ilə səfər oyununda oxşar nəticəyə sevinib.
Beş qolun qeydə alındığı “Borussiya” (Mönhenqladbax) – “Holştayn” matçında meydan sahibləri darmadağına seviniblər. “Union Berlin” – “Boxum” matçında isə tərəflər heç-heçəyə razılaşıblar.
14-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
14-cü tur
13 dekabr
Frayburq – Volfsburq 3:2
Qollar: Kubler, 42; 51. Qreqoriç, 61 – Vind, 75. Svanberq, 83.
14 dekabr
Auqsburq – Bayer 0:2
Qollar: Terrye, 14. Virts, 40.
Borussiya (Mönhenqladbax) – Holştayn 4:1
Qollar: Kleyndienst, 26. Hakk, 26. Plea, 43; 79.
Maynts – Bayern 2:1
Qollar: Sun, 41; 60 – Sane, 87.
Union Berlin – Boxum 1:1
Qollar: Hollerbax, 33 – Sissoko, 23.
Sankt Pauli – Verder 0:2
Qollar: Kön, 24. Dukş, 56.
15 dekabr
18:30. Haydenhaym – Ştutqart
20:30. Borussiya (Dortmund) – Hoffenhaym
22:30. Leypsiq – Ayntraxt