AZ

Ukraynada terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti və Milli Polis Dneprdə terror aktı törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktında əvvəllər məhkum olunmuş 37 yaşlı Dnepropetrovsk vilayətinin sakininin əli olduğunu müəyyən ediblər. O, polis bölməsinə aparılıb, hazırda onun yaşadığı ünvanda axtarışlar aparılır.


Müəllif: Arzu
phrase_var_article.chosen
39
teleqraf.com

1phrase_var_article.sources