AZ

ABŞ "sirli dronlar"ın ƏSARƏTİNDƏ

Naməlum pilotsuz uçuş aparatları (PUA) Nyu-York ştatının Stüart Beynəlxalq Hava Limanında əməliyyatları dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Keti Hoçul məlumat verib.

“Stüart hava limanının uçuş-enmə zolaqları hava məkanında İHA-nın fəaliyyəti səbəbindən təxminən bir saat bağlandı. Bu, həddindən artıq həddi aşdı”, - qubernator bildirib.

Hoçul ABŞ Konqresinin PUA-lardan qeyri-qanuni istifadəyə qarşı yerli səviyyədə mübarizəni gücləndirəcək qanun layihəsini təsdiq etməli olduğu fikrini ifadə edib.

Qubernator vurğulayıb ki, sənəd qəbul olunana qədər ABŞ Prezidenti Co Bayden administrasiyası insanların təhlükəsizliyini və mühüm infrastrukturu təmin etmək üçün Nyu-Yorka, eləcə də ətraf rayonlara əlavə federal hüquq-mühafizə qüvvələri göndərməlidir.

Seçilən
30
28
publika.az

10Mənbələr