AZ

Bakıda fərdi ev yanıb külə döndü

Bakıda fərdi ev tamamilə yanıb. SİA xəbər verir ki, hadisə Səbail rayonu, Arif İsmayılov 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən, Əsədullayeva Səidə Abdulla qızına məxsus bir mərtəbəli, 100 kv.metrlik ev tamamilə yanaraq kül olub.

Əraziyə FHN-in Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və 25 nəfər şəxsi heyəti cəlb edilib, alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır

Seçilən
15
8
sia.az

10Mənbələr